Gündəm / Araşdırma / Bölgə

Şəki penitensiar xidmətin rəisi Fərhad Hüseynov məhkum jurnalisti təhqir və təhdid edir

Şəki penitensiar xidmətin rəisi Fərhad Hüseynov məhkum jurnalisti təhqir və təhdid edir



Məhkum jurnalist Mübariz Nağıyevin həyat yoldaşı Bəsti Əliyeva Azerinfo.az saytına müraciət edərək bildirib ki, Şəki penitensiar xidmətin rəisi Fərhad Hüseynov həyat yoldaşını təhdid və təhqir edir.
Belə ki,biz müxtəlif vaxtlarda, müxtəlif KİV-lərdə həyat yoldaşıma qarşı olan haqsızlıqlar barəsində şikayətlər və müraciət etmişəm.Müraciətimdə əsas olaraq Şəki penitensiar müəssisəsində baş verən qanunsuzluqları ictimaiyyətə təqdim etmişəm.Demişəm ki, rəis Fərhad Hüseynov zabit şərəfinin nə olduğunu bilməyən bir bazar təfəkkürlü adamdır.Mən demişəm ki, Fərhad Hüseynov Şəki penitensiar xidmətini açıq bazara çevirib və burada ölkə qanunları deyil, Fərhad Hüseynovun nəfsi istəkləri öndə dayanır.Sözümün üstündə dayanıram.
Bu günlərdə 11- saylı cəzaçəkmə müəssisəsindən Şəki penitensiar müəssisəsinə qəbul olunmuş meydan TV-nin jurnalisti Əli Səmədov adlı şəxsə rəis Fərhad Hüseynov deyib ki,səni burada məni şantaj edən bir jurnalist var,onun yanına göndərəcəyəm.Deməli, haqqımızı tələb edəndə şantajyor oluruq? Fərhad Hüseynov bir özünə baxırmı? Kimdir o, rüşvətxor, korrupsioner,oğru,yalançı,fırıldaqçı,dustaqın yeməyini satıb balasına, ailəsinə haram yedirdən,məhkumların yaxınlarının cibinə girən və sair.
"Rəis" Fərhad Hüseynov həyat yoldaşımı hədələyərək deyir ki,allahına şükür elə ki,sən ayrı yerdə cəza çəkirsən.Yoxsa səni ümumi yerə salardım və məhkumların əli ilə ölənə kimi döydürərdim.
Mən ombudsman aparatının əməkdaşlarına şəxsən sədr Səbinə Əliyevaya müraciət edərək təcili tədbir görülməsini istəyirəm və xahiş edirəm ki, onlar gedib Şəki penitensiar müəssisəsində həyat yoldaşimla görüşüb problemlərini dinləsinlər.Əgər həyat yoldaşıma qarşı hər-hansı bir qanuna zidd hərəkət baş versə, məsuliyyəti rəis Fərhad Hüseynov daşıyır.

Bəsti Əliyeva.Mübariz Nağıyevin həyat yoldaşı.

Oxşar xəbərlər