Hadisə

"Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"

"Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"
"Bu gün Azərbaycandakı istixanalardan qaz pulunun yığım səviyyəsi 70 faizdir".

Bunu Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev keçirdiyi "Açıq qapı" aksiyasında deyib.

"Bu ilin sonuna qədər biz yığım səviyyəsini 80 faizə çatdırmaq niyyətindəyik. Mütəmadi olaraq sahibkarlarla görüşlərimiz olur. Orada bir çoxları "Azəriqaz"a olan borclarını qeyd edirlər. Amma bu görüşlər o demək deyil ki, biz onların borcunu silməklə məşğuluq. Bu səlahiyyət "Azəriqaz"a aid deyil", - deyə o qeyd edib.