Bakıda dilənən uşaq narkotik maddə qəbul edir? - DİN-dən AÇIQLAMA (YENİLƏNİB)
“Azyaşlının narkotik vasitə istifadəsinə dair iddialar əsassızdır”.
Bunu DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
DİN rəsmisi bildirib ki, həmin azyaşlı anasının yanındadır:
“Onun barəsində dəfələrlə profilaktik tədbirlər görülüb. Sığınacağa yerləşdirilməsi təklif olunsa da, o, bundan qəti imtina edib. Həmin uşaq və anası xroniki xəstəlikdən əziyyət çəkirlər. Ana və azyaşlı uşağın qanunvericiliyə uyğun olaraq, aidiyyəti qurumlar məlumatlandırılmaqla müvafiq xəstəxanaya yerləşdirilməsi, eləcə də həyat və sağlamlıqlarının nəzarətə götürülməsi istiqamətində tədbirlər görüləcək. Hazırda bu istiqamətdə ərazi polis orqanına müvafiq göstərişlər verilib”.
***
09:39
“Bakıda uşağın küçələrdə dilənməsini görməzdən gəlirlər”.
Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə özünün “Facebook” səhifəsində məlumat paylaşıb.
Daha əvvəl də sosial şəbəkələrdə görüntüləri paylaşılan uşaqla bağlı aidiyyəti qurumların reaksiyasız qalması istifadəçilər tərəfindən ciddi müzakirə edilib.
K.Ağazadə küçədə diləndirilən azyaşlı uşağın narkotik, toksik maddələr qəbul etməsi ehtimalı olduğunu vurğulayıb: