Şirkətlər “Yelo Bank”dan nə qədər vəsait geri götürüb? — yüz milyonlarla manat
Bu ilin 9 ayında “Yelo Bank”ın depozitlərinin həcmi 841 milyon 526 min manat təşkil edib.
Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 450 milyon 497 min manat və ya 34,8 % azdır.
2023-cü ilin sonunda bankın depozit portfelinin həcmi 1 milyard 292 milyon 23 min manat təşkil edib.
Bu ilin 9 ayında “Yelo Bank”da fiziki şəxslərin depozitlərinin həcmi 637 milyon 497 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 66 milyon 70 min manat və ya 11,5% çoxdur.
2023-cü ilin sonunda bankda fiziki şəxslərin depozitlərin həcmi 571 milyon 427 min manat təşkil edib.
Bu ilin 9 ayında “Yelo Bank”ın hüquqi şəxslərin depozitlərinin həcmi 204 milyon 29 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 516 milyon 566 min manat və ya 71,7 % azdır.
2023-cü ilin sonunda “Yelo Bank”da hüquqi şəxslərin depozitlərinin həcmi 720 milyon 595 min manat təşkil edib.
“Yelo Bank”ın bu ilin hesabat dövründə aktivlərinin həcmi ötən ilin sonu ilə müqayisədə 24,8 % və ya 388 milyon 722 min manat azalaraq 1 milyard 177 milyon 730 min manata enib.
Bu ilin 9 ayında “Yelo Bank”ın öhdəliklərinin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 28,9 % və ya 424 milyon 642 min manat azalaraq 1 milyard 42 milyon 742 min manata çatıb.