Gündəm

Biznesmenlər “Qoç Bank”a ÜZ ÇEVİRİB - Rəqəmlər...

Biznesmenlər “Qoç Bank”a ÜZ ÇEVİRİB - Rəqəmlər...

“Yapı Kredi Bank”a (Qoç Banka) əmanət yerləşdirən hüquqi şəxslərin vəsaitlərinin həcmi 1 il ərzində 6 milyon 370 min manat azalaraq 276 milyon 736 min manata düşüb. Buna baxmayaraq fiziki şəxslərin əmanətləri 9 milyon 207 min manat azalaraq 89 milyon 958 min manata düşüb. Nəticədə bankın depozit portfeli 2 milyon 838 min manat artaraq 366 milyon 695 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, bankın kredit təşkilatları və digər maliyyə digər maliyyə institutları qarşısındakı öhdəliklər 11 milyon 8 min manat artaraq 35 milyon 685 min manata yüksəlib.

Bankın öhdəliklər cəmi 2022-ci ilin sonu ilə müqayisədə 119 milyon 27 min manat artaraq 416 milyon 879 min manata yüksəlib.