Balaca bir kənddə... XUDMANİ XANƏDAN... - İLGİNC FAKT
Xaçmaz rayonu Qalağan kəndində icra nümayəndəsi olmuş Vahidə Turabova kənddə özünə əməlli-başlı kiçik xanədan qurub. Dia-az.Media bildirir ki, bu barədə Xaçmaz sakini Rüstəm Rüstəmov etirazında ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: "Görün necə imperiya qurub ki, bütün ailə üzvlərini kənddə vəzifəyə təyin edib.
1)Vahidə Turabova - icra nümayəndəsi (keçmiş)
2)Oğlu Nəsirov Xalid - hal-hazırda icra nümayəndəsi
3)Oğlu Rübail Nəsirov - kənd kitabxanasının direktoru
4)Qızı Novruzova Nümunə - kənd klubunun direktoru
5)Gəlini Nəsirova Şəfa - kənd klubunun təşkilatçısı
6)Nəvəsi Nəsirov Xıdır - kənd meşəbəyisi..."
Qeyd edək ki, bu fakt digər sakinlər tərəfindən də təsdiqlənib. Hər halda, kiçik bir kənddə sıradan bir icra nümayəndəsinin ancaq öz yaxınlarını vəzifəyə gətirməsi həm narazılıq yaradan faktordur, həm də diqqətçəkən...
Dia-az.Media