Gündəm

Sonra deməyin ki, turizm bizdə niyə yoxdur... - "Məndən demək, qərarı siz verin..."

Sonra deməyin ki, turizm bizdə niyə yoxdur... - "Məndən demək, qərarı siz verin..."

"Deməli, 2 günlük Qaxa gəldik. Hotelin adı "Hiltop Heaven"dir. Görünüş olaraq əla yerdir. Gəl gör ki xidmət sıfır..." Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: "Restoranda nəyi sifariş edirsən yoxdur deyirlər, saat 6-da, 7-də restoranda oturub sifariş verirsən, saat 9-10-a yemək gəlir... o da ki hissə-hissə. Misal çəkim sizə: xiyar-pomidor salatı istəyirsən... yarım saat-40 dəqiqəyə gəlir, qazsız su istəyirsən, deyirlər yoxdur. Bir oteldə necə yəni su olmaya?
Administrator (Elvin) çox təcrübəsiz və danışıq qabiliyyəti olmayan biridir. Ofisiantlar isə öz kefində...
Ümumiyyətlə, deyim ki açıq hava restoranda yer olmur, öncədən bron lazımmış. Hər şey burada problemdi. Ancaq burda hovuzda çim, təbii ki "lejanka" tapa bilsən və otağa get yat.
Kimsə bura gedib razı qala bilər, amma 90% narazıdır gördüyüm qədəri ilə..
Məndən demək, qərarı siz verin..."
Sonra deməyin ki, turizm bizdə niyə yoxdur... - "Məndən demək, qərarı siz verin..."