Gündəm

`Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."

`Araz Baba` `nəvələri`nə ucuz çörək yedirtməz... - "Buna da şükür edək..."

"Dünən "Araz" marketdən elə orada bişirilən təndir çörəyi alıram. Baxıram ki, Tarif Şurasının təbirincə desək, qiymət dəyişib..." Dia-az.İnfo bildirir ki, bunu öz sosial şəbəkə səhifəsində jurnalist Almina Amilqızı qeyd edib.

Jurnalist yazır: "Satıcıdan soruşuram ki, qiyməti niyə qaldırmısız, deyir, 4 qəpik qaldırmışıq da...

Sualımdan utandım, dedim yaxşı eləmisiz, o gün olsun 1 manat olsun....

...Bu arada 75 qəpiyə satılan təndir çörəyi indi 79 qəpik olub. 1 qəpik də güzəşt ediblər, sağ olsunlar. Buna da şükür edək..."

Dia-az.İnfo