İlhamə Abdullayeva ilə Mehman Adıgözəlovun Evdə Fərdi Təhsil Məktəbində direktor tamaşası...
Uzun müddətdir Sumqayıt təhsilinin formalaşmasının mümkün olmamasına səbəb nədir?! Sistemde bir çox dəyişikliklər edilməsinə baxmayaraq, boşluqlar, idarəçilərin rüşvətlə təyinat alması təhsil ocaqlarında ağır nəticələr verməkdədir. Direktor təyin edilənlər heçdə təhsilin yüksəldilməsini düşünmür. Verdiyi “şirinliyi” çıxarmaq üçün əlli bəhanələr gətirərək qeyri-qanuni yığımlar haqda planlar icad edirlər. Bəs təhsil, Azərbaycanın gələcəyi üçün çalışan Ölkə rəhbərinin tövsiyə və əmrlərini kimlər haçan icra edəcəklər?
Dəvəquşunun səhra məcarası Fərdi Evdə Təhsil məktəbindən yan keçmir. İllərdir bu müəsisədə gedən oyunlar dillər əzbəri olub. Lakin İlhamə Abdullayevaya sual etsən məsələdən şübhəsiz xəbərsiz olduğun deyəcək. Amma 5 illik müddətə nəzər salsaq məktəb idarəçiliyində nə qədər rəhbər dəyişildiyini görərik. Bu təyinatların heç biri isə Abşeron-Xızı Regional Təhsil İdarəsinin iradəsindən kənar olmayıb. Bəs bu şəxslərin qısa müddət fəaliyyətinin İlhamə Abdullayeva nə ilə əlaqələndirəcək. Redaksiyamıza
“2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər gəldiyinə görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir.
Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənlərə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. Korrupsiya halı olmayan yerdə bu qədər narazılıq hansı hallarda baş verməsi mümkündür!?
Direktorun həyat yoldaşı Səidə müəllimə təzə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Müəllim heyyəti bunada razılıq verib. Ancaq bir məsələdə var. Belə ki, kənardan gətirilən müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, EFT məktəbində də 16 saat dərs alanda ümumi 36 saat edir. Bu da elə-belə başa gəlmir də, yəni əliniz cibinizde olsun deyib, hələ eşitdiyimizə görə, 1 saat dərs üçün 80-100 manat görm baxım edirlər. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aiddir. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni Regional Təhsil idarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç İcra Hakimiyyəti də söz deyə bilməz”.
Xatırladaq ki, məktəb xüsusi təhsil müəssisəsi olduğu üçün müəllimlərin əmək haqqına 50 faiz əlavə də edilir, bu isə 36 saat dərsi olan 55-60 yaşlı 35-40 il stajı olan müəllimlərin ayda 3000-3500 manat maaş alması deməkdir. Ona görə də çəkinmədən 1 saat dərs üçün nə qədər rüşvət tələb olunsa, verirlər. Nəticə də belə olur ki, diaqnostik balı yuxarı olan kənarda qalır, balı aşağı olan 30-36 saat dərs saatına sahib olur. Növbəti yazılarımızda həmin “fədakar” müəllimlərin adlarını çəkəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Vladim İbrahimovun həyat yoldaşı Səidə İbrahimovanın Tibbi Pedaqoji Komisisya üzvü olduğunu nəzərə aldıqda təhsildə 400 şagirdin evində dərs alması mütləq yoxlanılması vacib məsələlərdəndir. S.İbrahimovun repitetor yanına övladların rahat göndərmək üçün müraciət edən valideynlərə övladlarınız internat məktəblərində incidiləcək. Lakin Evdə Fərdi Təhsil sistemində bu problemlərlə üzləşməyəcəksiniz kimi danışıqlarla valideynlərin sağlam övladlarını xəstə adı ilə qeydiyyata salınmasına nail olurlar. Artıq qeydiyyata alınması belə 2000-3000 manat civarında başa gələn məsələdə 400 nəfərlik hər il şagird qəbul edilməsi hesablamalara görə 800.000 manat civarında korrupsiya halının baş verməsi deməkdir. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə hər il şagird sayı artır və ya kontinget ildə bir dəfə dəyişir. Bu isə hazırlıqlara cəlb edilmiş şagirdlərdir ki, ali məktəblərə verdikləri imtahanlardan sonra adları məktəbin şagird siyahısından silinir. Bəs o zaman Nazirliyin yoxlamaları sırasında sağlam uşaqlar niyə xəstə olmadığı müəyyən edilməsi yönündə İlhamə Abdullayeva yoxlaması aşkar etmir deyə sual yaranır. Buda onunla əlaqəlidir ki, Vladim və həyat yoldaşı Səidənin ətrafında kim hara istəsə şikayət edə bilər. Bizim arxamızda onsuzda Abşeron -Xızı Regional Təhsil İdarəsinin müdirəsi İlhamə Abdullayeva dayanır. Bizə heç rayon icra başçısı Zakir Fərəcovda söz demək ixtiyarında deyil, deyə sərt çıxışlar sərgiləyirlər. 21 saylı məktəbdən şikayət əsasında qovulan direktor ən məsuliyyətli işin başına gətirilib. Bilirsiz niyə səbəbini biz deyək siz dinləyin. İlhamə Abdullayeva Evdə Fərdi Təhsil məktəbinin keçmiş direktoru Mehman Adıgözəlovla gözəl bir sistemi sayəsində əli təmiz ayaqı təmiz milyonlarla gəlir əldə edirdi. Mehman Adıgözəlovun işdən azad edilməsi İlhamə xanımında gəlirinə böyük təsir edirdi. Odur ki, qurulu sistemi elə sistemi quran Mehmanının vasitəsi ilə idarə edilməsi labüd hesab edilir. Mehmanın işdən azad edilməsindən sonra müavini olan Sevda Əliyevaya direktoru müvəqəti idarə edilməsi həvalə edilir. Dönən çarxdan xəbərsiz olan bu xanım Mehmanın (şeytanın uzaqda olmasına baxmayaraq barmaqı olmayan işdə pürüz çıxmaması misalı) onun başının üstündən görülən işdən agah olur, sistemdə dərs bölgülərində dəyişiklik etməklə İlhamə və Mehmanın işini geriyə salır. Bu səfər həmin Sevda Əliyeva məktəbdən sürgün edilir. Tək məsələdə sürgünə və ya problemə salınan bu xanım olmur. İlhamə Mehman tendeminin sözünə baxmayan tapşırıqlarını icra etməyənlər onların istəyindən kənar qanuni işləmək istəyənlər qanunsuzluğa sövq edilir və ya sürgün olmaqla ağır cəzalandırılır. Mehman Adıgözəlovun məcburi pensiyaya göndərilməsi İlhamə xanımı çox pis durumda qoyub. Direktor dəyişməkdən təngə gələn İlhamə İlham Mirzəyevi direktor əvəzi təyin edir. Çox keçmir ki, İlhamda ayıq sayıqlığı nəticəsində milyonların başının üstündən İlhamə və Mehmana tək nəsib olmasına göz yumaq niyyəti olmur. Bu niyyətindən xəbər tutan Mehman əlbir olduğu İlhaməyə məsələni danışır. İlhamə xanım isə öz növbəsində onun “katyoluna” kiminsə toxunanın evini viran qoyur. Qısa müddətdə xəbər yayılır ki sən demə İlham Mİrzəyev Evdə Fərdi Təhsil Məktəbində korrupsiya əməli ilə məşğul olurmuş. İ.Abdullayevin iradəsindən kənar qərarlar verən niyyətə düşən İlham Mirzəyevdə bunun bədəlin çox ağır ödəyir. Növbəti qurban Ceyran Həsənova seçilir hansıki bu gün belə həmin məktəbdə müəllimə olaraq işləməkdə davam edir. Ceyranın direktoru əvəz etməsi göstərişini verilməsi isə yenədə Mehmanın razılığı və İlhamənin qərarı ilə reallaşır. Ceyran Həsənova işlədiyi müddətdə deyilənlər görə bir və ya iki dəfə o büdcəyə yüngül ehtiyac ucbatından toxunur. Və onun bu addımıda cəzasız qalmır. Bu dəfə Prokurorluğa şikayət daxil olur və Ceyran tutduğu mövqedən rahat şəkildə çıxarılır. Nöqsanı olmayan şəxsi necə qoyulduğu postdan endirmək olar sizcə. Bu gedişatlar dövründə Tibbi Komisyanın sədrliyi vəzifəsindən azad edilməsinədə nail olunur. Ümmumi maraqlara xidmət etməkdən boyun qaçıran İsa Tərlanov tutduğu vəzifəsindən Sumqayıt Təhsil şöbəsinin rəhbəri tərəfindən azad edilir. Bu isə artıq Mehman İlhamə cütlüyünün işlərində irələyişə səbəb olur. Mehman Adıgözəlovun direktorluğu dönəmində iki xanımla “yaxınm münasibəti” olduğu qeyd edilir. Həmin iki müəllimə isə bu gün belə həmin məktəbdə 36 dərs saatına malikdir ki buda aylıq 3000-3500 manat məvacib deməkdir. Bu xanımlar hər ikisi Mehmana çalışan və onun göstərişindən heç vaxt çıxmayaraq daimi qazanc yerlərin saxlaya bilən çevik müəllimələrdir. Çox qəribədir ki, Əliyeva Xatirə və Osmanova Elnurə adlı müəllimələr hər ikisi məhs Mehman müəllimlə yaxın işbirliyi və şəxsi zəmində münasibətlərindən sonra həyat yoldaşlarından rəsmi ayrılmaqla bağlı qərar qəbul ediblər. Evdə Fərdi Təhsildə işləyən və ailə kodeksini tamamilə altüst edən bu şəxslərin müəllimlik etməsi gələcək nəsillərə nəyi vəd etməsi sual altındadır. Ceyranında cəzalanmasından sonra növbə Yadigar İmanova gəlir. EFT məktəbinə direktor əvəzi təyin edilən Yadigar ilk günlərdə işinin rahat olacağın düşünür lakin oyunlar bitmədiyindən daim kənardan kimlərə nə qədər saat verilməli olduğu Mehmanın bir başa özündən daxil olur. Çünki Yadigar məhs Mehman Adıgözəlovun öz təhsil mafiya quruplaşmasının üzvlərindəndir. Yadigarın Mehman tərəfindən açıq şəkildə idarə edilməsi bütün Sumqayıt əhalisinə artıq bəyan olundu. Bu isə biabırçılığın pik nöqtəsi idi. Aşkara çıxan idarəçilik biabırçılıq tez zamanda təmizlənməli olduğundan Mehman yeni bir kadr olan və 21 saylı məktəbdə barəsində şikayətlərin tükənmədiyi ona sadiq olan birini yəni Vladim İbrahimovu Evdə Təhsilin rəhbəri kürsüsünə təyin etdirdi. Çox maraqlıdır ki insan işdən azad edilməsinə baxmayaraq kreslonun kimə veriləcəyinədə özü qərar verir özü idarə edir. Orda oturanın maket olduğunu Sumqayıtda artıq bilməyən yoxdur.
Apardığımız araşdırma zamanı qeyd etdiyimiz məsələlərdə Mehman Adıgözəlovun pul aldığı müəllimənin işini həll etmədiyindən dolayı xanım verdiyi əmanəti geri tələb edib. Lakin Mehman həmin əmanəti qaytarmamaqda israr edərək xanım müəlliməyə qarşı iddia qaldıraraq guyam ki ondan 15.000 manat məbləğində borcu geri ala bilmədiyin bilidirib. Haqlı olduğu halda xanım müəlliməni haqsız durumda təzyiq altında saxlamağı ən asan yolu isə şahid qismində ailə üzvü və Regional təhsil idarəsinin əməkdaşını şahid olaraq orqanda göstərib. Həmin şəxslər isə şahidçilik etməkdən imtina belə etməyiblər. Məsələ ilə bağlı araşdırma tam bitdikdən sonra şahidlərin və məslədə adını qeyd etmədiyimiz xanım müəllimənin adlarınıda qeyd edəcəyik.