Gündəm

Eltun Süleymanov: “Ermənilərin həvəslə gündəmə gətirdiyi Okampo hesabatı kağız parçasına çevrildi”

Eltun Süleymanov: “Ermənilərin həvəslə gündəmə gətirdiyi Okampo hesabatı kağız parçasına çevrildi”


“BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına dair ermənistanın iddialarıan rədd cavabı verilməsi ilə Ermənistan ağır diplomatik məğlubiyyətə uğramış oldu. Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin uğurudur, diplomatik qələbəsidir və dövlət başçımız cənab İlham Əliyevin əzmli xarici siyasətinin nəticəsidir. Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatının əsassız və sübutu olmayan iddialar olduğu bir daha təsdiqini tapdı, özü də dünyanın ən böyük siyasi təşkilatında. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması faktını nəinki sübut edə bilmədi, əksinə azərbaycan diplomatının faktları qarşısında susmağa məcbur oldu.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd etmişdir ki, “İclasda Qarabağda humanitar böhran, Laçın–Xankəndi yolunun açılması, yəni, faktiki olaraq ölkəmizin şərti sərhəddə qurduğu nəzarət-buraxılış məntəqəsinin əhəmiyyətsizliyinin göstərilməsinə dair hansısa müraciət, qətnamə, çağırış, yaxud bu qəbildən digər sənəd qəbul edilmədi. Ölkələrin nümayəndələri necə deyərlər, yığıldılar, danışdılar və dağılışdılar. Görünür, Ermənistan üçün edə biləcəkləri ən böyük şey elə budur. Bundan Ermənistan da onun siyasi yengəsi rolunu oynayan Fr ansa da mütləq nəticə çıxarmalıdır. İclasda Fransa nümayəndəsinin daha çox ermənilik eləməsi də işə yaramadı. Çünki Azərbaycanı nədəsə ittiham etmək üçün yetərli dəlil olmadı. Ümumi danışmaqdan o yana keçə bilməyən iddiaçılar əsassız iddialarını fakta bağlaya bilmədilər. ABŞ, Türkiyə, Rusiya, Çin, Yaponiya nümayəndələrinin müzakirədəki mövqeyini İrəvan üçün ciddi siqnal saymaq mümkündür. Bu çıxışlar göstərdi ki, Ermənistanın ətrafında böyük ajiotaj qaldırdığı Qarabağda humanitar böhran şousuna birmənalı yanaşma yoxdur. Dünyanın aparıcı qütbləri prinsip etibarilə Azərbaycanın ərazi bütövlüyü prizmasından çıxış edirlər. Hətta, bəzi məqamlarda ABŞ və Rusiya nümayəndələrinin nitqlərində İrəvanın yapışa biləcəyi detallar olsa da, Azərbaycanın qəti mövqeyi ilə hesablaşma var.”

Eltun Süleymanov son olaraq bildirmişdir ki, “Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələndi. Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Ocamponun qərəzli və faktlara əsaslanmayan hesabatı isə heç kimə lazım olmayan kağız parçasına çevrilmiş oldu. Halbuki erməni diasporu bu hesabatla beynəlxalq ictimaiyyəti ayağa qaldıracağına ümid edir, bu məqsədlə genişmiqyaslı təbliğat kampaniyası aparırdı. Amma nəticədə məlum oldu ki, Okamponun hesabatının səs-sorağı heç İrəvandan kənara çıxmayıb. TŞ-də məruzəçi dövlətlərin heç biri Okamponun qərəzli hesabatı haqqında bir söz belə olsun demədi. Əvəzinə isə, Okamponun hesabatına münasibət bildirən beynəlxalq hüquq üzrə aparıcı məsləhətçi və ekspert Rodney Diksonun fikirləri dilə gətirildi. BMT-dəki daimi nümayəndəmiz Yaşar Əliyev də çıxışında ermənipərəst dairələrin əsas kimi götürdüyü Okampo hesabatını, sözün əsl mənasında, faş etdi. TŞ-dəki müzakirələr Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsinin vacibliyini göstərdi, Azərbaycanın terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.”