Gündəm

Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan 3 iddiası rədd edilib

Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan 3 iddiası rədd edilib


“Azərbaycanın Ermənistana, Ermənistanın da Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində baxılan işləri var. Həmin işlərə baxılması kifayət qədər uzun və mürəkkəb prosesdir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə müvəqqəti icra tədbirləri kimi tərəflər bir-birinə qarşı müəyyən iddia ilə çıxış edirlər. Ermənistan tərəfindən Azərbaycana qarşı üç tələb irəli sürülüb:

“Buna görə Azərbaycana qarşı qərarlar çıxarılmasını istəyirlər. Belə ki, aktivistlər tərəfindən həyata keçirilən aksiyanın guya Azərbaycan dövləti tərəfindən təşkil edilməsi iddiası ilə çıxış etdilər və Azərbaycanın buna son verməsinə üçün qərar çıxarılmasına çalışırdılar. Lakin bu iddianı sübut edə bilmədilər. Məhkəmə qərar verdi ki, vətəndaş cəmiyyətinin buna hüququ var və Ermənistanın bu istiqamətdəki iddiası rədd edildi. İkinci iddia isə Azərbaycanın guya kommunal xətlərə təsir etməsi ilə bağlı idi. Onlar tələb edirdilər ki, Azərbaycan tərəfi bunları dərhal təmin etməlidir. Bu iddia da məhkəmə tərəfindən rədd edilib. Üçüncü iddia isə Azərbaycanın dərhal bütün şəxslər üçün yolun açılmasını təmin etməsi haqqındadır. Beynəlxalq məhkəmənin bununla bağlı qərarı da Ermənistanın istədiyi kimi nəticələnmədi. Qərarda Azərbaycan tərəfinin öz səlahiyyətləri, imkanları çərçivəsində keçidi təmin etməsi qeyd olundu”.

Aysel Aslan