İlham Əliyev: “Dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib”
“Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib. Bu, blokadanın olmadığını sübut edir”.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.
Dövlətimizin başçısı deyib: “Dekabrın 12-dən bu günədək, - bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”.