Sülhməramlıların avtomobilləri Laçın yolundan maneəsiz keçib
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiyanın keçirildiyi ərazidən maneəsiz hərəkət edirlər.
Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus növbəti iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçməsinə şərait yaradılıb.
Bu, bir daha göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlər üçün istifadə olunan avtomobillərin hərəkətinə maneə törətmirlər.