Gündəm / Sosial

Bakı Metrosundan 3 milyonluq 11 tender - FOTO

Bakı Metrosundan 3 milyonluq 11 tender - FOTO



9 milyondan çox vergi borcu olan Bakı Metropoliteni QSC son 3 ayda ümumi dəyəri 2 milyon 763 min 977 manat olan 11 tender keçirib. Reportyor.info xəbər verir ki, mövcud pandemiya vəziyyəti ilə əlaqədar olaraq sözügedən qurumun sərinişindaşıma fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatında bildirilir ki, “Bakı Metropoliteni QSC” pandemiyaya görə dövlətdən 28 milyon manat yardım alıb. 2020-ci ildə dövlət büdcəsindən quruma ayrılan subsiyanın məbləği isə 40 milyon təşkil edib.

Eyni qaydada 2021-ci ilin təsdiq edilmiş dövlət büdcəsinə əsasən Bakı Metrosu dövlətdən 40 milyon manat subsidiya alıb. Qeyd edim ki, “Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə ötən ilin iyun ayında İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.

Onun həmçinin 2019 -cu ilin ortalarında Bayılda Neftçi Əli küçəsində yerləşən Bayıl market yaxınlığında inşa edilən kv.m 5-6 min ABŞ dolları dəyərində olan binada qızı üçün 10 milyon dollar ödəyərək mənzil aldığı da iddia edilir.

İctimai vəkil Samir Zeynalov //reportyor.info//
Bakı Metrosundan 3 milyonluq 11 tender - FOTO

Oxşar xəbərlər