Gündəm

Direktor isti kabinetində, tələbələr isə donur... - GİLEY

Direktor isti kabinetində, tələbələr isə donur... - GİLEY Capar.info : - Şikayətçi Cavid Məmmədov Göyçay rayon Texnologiya və İdarəetmə Kollecində dərs otaqlarının soyuq olduğundan yazır.
Məktubun məzmununu təqdim edirik:
"Göyçay rayon Texnologiya və İdarəetmə Kollecində otaqlar buz kimidir. İstilik sistemi quraşdırılmağına baxmayaraq hələ də problem öz həllini tapmayıb. Əlbəttə, İrşad Abbasovun öz kabinetində müasir kondisioner vardır.
Necə deyərlər "toxun acdan nə xəbəri olsun" .
Tələbələrin bildirdiyinə görə çox acınacaqlı vəziyyətdir. Xəstəliklərin tuğyan etdiyi belə bir dövrdə övladlarını təhsil almaq üçün Kollecə göndərən valideynlərin halını nəzərə almaq lazımdır. Onların həyatının təhlükəsizliyinə görə nazir Emin Əmrullayev və direktor İrşad Abbasov məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsində "İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər".
Təcili olaraq Göyçay İdarəetmə və Texnologiya Kollecinin istilik məsələsi öz həllini tapmalıdır.
Ümid edirik ki, aidiyyatı qurumlar tezliklə problemin aradan qaldırılmasını təmin edəcəklər".//teref.az