Gündəm / Araşdırma / Bölgə

Göyçayda məmur özbaşınalığı tüğyan edir deyə Elnur Rəhimli qeyd edir

Göyçayda məmur özbaşınalığı tüğyan edir deyə Elnur Rəhimli qeyd edir




Göyçay rayonu bü gün saat 09:38 radələrində olan hadisə. Bu şəkili paylaşmaqda və yazmaqda məqsədim budur ki, Çinar ağaclarının qurumuş budaqların təmizləyən yoxdur. Bu haqda dəfələrlə desəkdə, yazıb tənqid etsəkdə heç kimin vecinə deyil. Həmən anda mən övladımla bu ağac kötüyü düşən yerdən keçəcəkdim qarşıdanda qadın, uşaq gəlirdi 5-saniyə ordan mən tez keçsəydim kötük bizə xəsarət yetirəcəkdi ya ölüm, ya qalım onu bir Allah bilərdi Allah saxladı ki, nə biz nə də, başqaları xəsarət almaqdan qurtulduq. İri kötük yerə düşən kimi 3-yerə bölündü. Həmən ərazidə ticarətlə məşğul olan da var yaxşı ki, onlarda yerlərin açmamışdılar özlərinə və yaxud orda dayanan müştərilərə də nəsə olardı. Ondan sonra da, adın qoyacaqdılar bədbəxt hadisə nəticəsində. Kimdir günahkar? Qurumuş budaqları təmizləyin ki, insanlar xəsarət almasın. Yaşıllaşdırma idarəsinin müdürü Şöhrət "məllimdir"günahkar. Kim bu budaqların qırılmasında xəsarət alsa,günahkar Şöhrət "məllimdir" onu məhkəməyə verib cəzalandırmaq lazımdır. Bir neçə il bundan qabaq bir cavan oğlan ağacdan düşən quru budağa görə dünyasını dəyişdi ondan sonra başladılar ağacları budamağa. Deməli, kimsə ölməlidir bunlar da adın bədbaxt hadisə qoyub ondan sonra ağacları təmizləməlidir. Kimsə xəsarət almasa bunlar heç nə edə bilmirlər? Mənim və yaxud övladımın başına bir hadisə gəlsəydi Şöhrət kimilərini kabinetində cəzalandırardım çünki, günahkar sizsiz bilə-bilə öncədən tədbir görmürsüz. Pul gözlərinizi o qədər bağlayıb ki,millətin təhlükəsizliyi bunların yadından çıxıb. Bu şəkildən və yazılarımdan sonra bəlkədə rayon rəhbərliyi utanar bir tədbir görər. Hər yer doludur quru budaqlarla Mənim üçün maraqlıdır ki, bunlar niyə axı Milləti düşünmürlər? Texnika sizdə hər şey əlinizdə amma bir dənə məsuliyyət və vicdan deyilən şey sizdə yoxdur olsaydı,millət üçün də nəsə yaxşılıqlar edərdiniz. Əsas günahkar Şöhrət "məllimdir" odur Yaşıllaşdırma İdarəsinin müdürü. Budağın qırılması nəticəsində kimsə xəsarət alsa Şöhrəti məhkəmə qarşısında otuzdurmaq lazımdır çünki, onun xəbəri var harda ağac budağı quruyub mən özümdə ona neçə dəfə demişəm amma.

Elnur Rəhimli Göyçay.

Oxşar xəbərlər