Gündəm

Bu gün nazirlər Milli Məclisə gəlir

Bu gün nazirlər Milli Məclisə gəlir

Bu gündən Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılır.

Bu barədə Unikal.org-a açıqlamasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Elman Rüstəmov və digər qonaqlar iştirak edəcək.

Qeyd edək ki, büdcə zərfi noyabrın 16-sı, 17-i və 18-də parlamentin plenar iclaslarında müzakirə olunacaq.