“Azəriqaz”dan absurd şəhid ailəsi ayrıseçkiliyi - Bu nə təfəkkürdür?
"Bu yazını yazan 44 günlük vətən müharibəsinin qəhraman şəhidlərindən olan Şəhid Əliyev Aqil Fayiq oğlunun anası Kübra anadır!" Dia-az.info bunu öz müraciətlərində qeyd edən Tovuz sakinləri Şəhid anasının harayına aidiyyatı qurumların müsbə reaksiya verməsini xahiş edirlər. Müraciətdə daha sonra deyilir:
"Deməli, Tovuz rayonunun Çatax kəndində olan qaz problemindən demək olar ki, hər kəsin məlumatı var. Xəbəri olmayanlar üçün deyək ki, həmin kənddən qaz xətti keçir. Amma həmin kənd sakinlərinə qaz verilmir ki, orada layihə yoxdur. Digər şəhidimiz Ayvazov Həsənin düz ata ocağının kənarından keçir qaz xətti. Amma illər idi ki, çoxsaylı müraciətlərə baxmayaraq onlara qaz verilmirdi. Artıq, nəhayətdə Ayvazov Həsənin ailəsinə qaz xəttindən qaz verilibdir.
Şəhid Aqil Əliyevin evi isə yoldan biraz aralıdır. Ona görə onlara qaz xətti çəkilməyib. Onu da nəzərinizə çatdıraq ki, çox jurnalistlər, şəhid ailələri o evdə olduqlarına görə təsdiqləyə bilərlər... o evin neçə xəstəsi var, anamız Kübra ana da artıq yeriyə bilmir. Bu insanlara qayğı, diqqət lazımdır hər zaman. Xahiş edirik nəzərə alınsın..."
Dia-az.info bildirir ki, Şəhid anasının müraciətində yerli rəhbərliyin və əlaqədar qurum olan “Azəriqaz”ın hələ də "köhnə şəhid - təzə şəhid" söhbəti kimi utancverici bir mərəzə yoluxmalarından da giley olunur.