Bölgə

Şəhid ailəsinə `ATAN` icra başçısı YENƏ DƏ `SÖHBƏTİ FIRLADIB`... - BU NƏDİ BELƏ?

Şəhid ailəsinə `ATAN` icra başçısı YENƏ DƏ `SÖHBƏTİ FIRLADIB`... - BU NƏDİ BELƏ?


Keçən günlərdə FHN şefi Kəmaləddin Heydərova sığınan Qəbələnin icra başçısı Səbuhi Abdullayevin Şəhid ailəsinin haqqına girməsi ilə bağlı giley dolu yazını təqdim etmişdik və ardından da bu yazıya reaksiya verən Qəbələ RİH-in cavabına uyğun materialımızı da diqqətə çatdırdıq. Eyni zamanda redaksiya olaraq sübutlarımızı da təqdim etdik.

Sonuncu yazı BURADA: ARIN-ARXAYIN BAŞÇI... camaatın dərdinə də dırnaqarası baxır... - Nə qanun qorxusu var, nə də Allah...

DİA.AZ xatırladır ki, hazırda Mingəçevirdə yaşayan Şəhid ailəsi Qəbələdə onlara dövlət tərəfindən ayrılmış torpaq sahəsinin zəbt olunmasını bu günlərdə biliblər. Bu işin altında isə icra başçısı Səbuhi Abdullayevin imzası var.

Redaksiyamıza şikayət edən şəhid ailəsi Gülmayə Mövsümovanın üzləşdiyi problemlə bağlı ölkə rəhbərliyinə müraciət etməyə də hazırlaşır.

Qeyd edək ki, bu olaya işıq salandan sonra Qəbələ RİH xəbəri dansa da, Şəhid ailəsinə həmin torpaq sahəsinin qaytarılacağını vəd etmişdi.

Amma indi aydın olur ki, bu vəd də adi söz yığını imiş və Şəhid ailəsi növbəti dəfə ələduzluğun qurbanı olub. Özü də RƏSMİ səviyyədə...

Məsələ diqqətimizdədir. Əlavə yazımız olacaq.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...