Dünya

Keçmiş baş nazir agent kimi tanındı - FOTO

Keçmiş baş nazir agent kimi tanındı - FOTO

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib.

Bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin saytında yerləşdirilib.

"Kasyanov Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların yeritdiyi siyasət haqqında yalan məlumatlar yayıb. O, Ukraynada xüsusi hərbi əməliyyata qarşı çıxıb, xarici strukturların təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib.

Xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür", - deyə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd edək ki, Mixail Kasyanov 2000-2004-cü illərdə Rusiya Hökümətinin sədri vəzifəsini tutub./apa
Keçmiş baş nazir agent kimi tanındı - FOTO