Dünya

Rusiya səfiri Bolqarıstan XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Bolqarıstan XİN-ə ÇAĞIRILDI

Rusiya Xarici İşlər Nazirliyi "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozevin Rusiya hökuməti tərəfindən axtarışa verildiyini elan etdikdən sonra Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyanın Sofiyadakı səfirini çağırıb.

Bu barədə “The Sofia Globe” məlumat yayıb.

Bildirilir ki, dekabrın 29-da Xarici İşlər Nazirliyinin binasında səfir Eleonora Mitrofanova ilə görüş planlaşdırılır.

Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, Mitrofanova ilə görüşdə Ukraynanın Rusiya tərəfindən müvəqqəti işğal olunmuş ərazilərində bolqar dilinin öyrənilməsinə qadağa qoyulması məsələsi də müzakirə olunacaq.