Saakaşvili Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etdi
“2008-ci il hadisələrində Azərbaycanın rolu kifayət qədər qiymətləndirilmir”.
Bunu özünün “Facebook” səhifəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yazıb.
“Qonşu dövlət bizi yanacaq və ölkəmizi xilas etmək üçün mühüm əhəmiyyət kəsb edən maliyyə ilə təmin etdi. Hərbi sahədə dəstəyindən isə yəqin ki, Azərbaycan özü danışmalıdır, amma bu çox vacib idi”, - eks-prezident qeyd edib.
O, mühüm dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.
Qeyd edək ki, 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi nəticəsində Abxaziya və Cənubi Osetiya işğal olunub.