Dünya

Fransa DİN: “Ölkədə iğtişaşlar başa çatıb”

Fransa DİN: “Ölkədə iğtişaşlar başa çatıb”


Fransa Daxili İşlər Nazirliyi bütün ölkədə iğtişaşların sona çatdığını elan edib.

Bu barədə çərşənbə günü qurumun rəhbəri Cerald Darmanin parlamentin yuxarı palatası olan Senatdakı dinləmələrdə bildirib.

Daxili İşlər Nazirliyinin hələ də gücləndirilmiş rejimində çalışdığını qeyd edən Darmanin, “Fransa boyu sakitliyin qayıdışını qeyd edirik”, - deyə bəyan edib.
Fransanın baş naziri Elizabet Born da həmçinin bildirib ki, ölkədə iğtişaşlarla bağlı vəziyyət tədricən sabitləşir.

Mənbə: TASS