Fransanın ordusundan sonra jurnalistlərini də Burkina Fasodan qovdular
Burkina Faso hakimiyyəti bir gündə Fransanın “Le Monde” və “Libération” qəzetlərinin iki jurnalistini ölkədən qovub.
Məlumata görə, hər iki jurnalist aprelin 1-də Burkina Fasodan ayrılıb və artıq Fransaya gediblər.
Qovulmanın səbəbləri açıqlanmayıb. Lakin KİV-in məlumatına görə, martın 27-də “Libération” Burkina hərbçilərinin yeniyetmələrə qarşı zorakılıq aktından bəhs edən məqalə dərc edib.
Xatırladaq ki, Burkina-Faso hakimiyyəti martın sonunda ölkədə Fransanın “France 24” telekanalının yayımını dayandırıb.
Yanvarın əvvəlində isə Burkina Faso ölkədə yerləşdirilmiş Fransa xüsusi təyinatlı kontingentini öz ərazisindən qovub.
Mənbə: TASS