Dünya

Muharrem İnceyə səs verənlərin səsi etibarlı sayılacaq?

Muharrem İnceyə səs verənlərin səsi etibarlı sayılacaq?


Xəbər verdiyimiz kimi, Türkiyənin Məmləkət Partiyasının sədri Muharrem İnce prezidentliyə namizədliyini geri götürüb.

Axın.az “TRT Haber”ə istinadən xəbər verir ki, İncənin namizədliyinin geri çəkilməsinə dair qərarının heç bir hüquqi əsası yoxdur.

Bu səbəbə görə, ona səs verən şəxslərin səsi etibarlı sayılacaq.

Qeyd olunub ki, səsvermə günü saat 17:00-a qədər baş verə biləcək bu cür hadisələr səbəbindən seçki prosesində dəyişikliklərin edilməsi nəzərdə tutulmur.