Ərdoğan: “Muharrem İncenin namizədliyini geri götürməsinə təəssüfləndim”
“Namizədlərdən biri geri çəkildi, səbəbini anlamaq mümkün deyil”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Mamak mitinqində çıxışı zamanı “Memleket” Partiyasının sədri Muharrem İncenin namizədliyini geri çəkməsi ilə bağlı deyib.
Ərdoğan Mamak mitinqində vətəndaşlara müraciət edib.
“Ümid edirəm ki, bazar günü balkon çıxışımıza hazırlıq görmüsünüz. Qutular partlamalıdır. Namizədlərdən biri namizədliyini geri götürüb, səbəbini anlamaq mümkün deyil. Doğrusu, təəssüfləndim. Kaş bu yarış sona qədər davam edərdi. Nə baş verdi ki, geri çəkildi, bilmirəm. Biz digərləri ilə yola davam edirik. Vacib olan millətimin qərarıdır”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.
Mənbə: Haber Global