Pakistanlı nazir yol qəzasında ÖLDÜ
Pakistanın Dini İşlər və Dinlərarası Harmoniya üzrə naziri Əbdül Şakur paytaxt İslamabadda baş verən yol qəzasında dünyasını dəyişib.
İslamabadda avtomobil nazir Şakurun maşınına çırpılıb.
Qəzada ağır yaralanaraq xəstəxanaya çatdırılan Şakuru bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
Prezident Arif Alvi və Baş nazir Şahbaz Şərif, qəzada həyatını itirən Şakur üçün başsağlığı mesajı dərc edib.
"Unikal"