Yens Stoltenberq: “Türkiyə ilə həmrəyik” - FOTO
NATO-nun Baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansı ölkələrinin Türkiyədəki zəlzələ ilə bağlı səfərbər olduğunu bəyan edib.
Axın.az-ın məlumatına görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
Türkiyə ilə həmrəy olduqlarını bildirən baş katib Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə əlaqə saxladığını da vurğulayıb.