Dünya

Rusiya ordusuna məxsus avtomobilin sürücüsü İrəvan küçələrində qaydalara meydan oxudu

Rusiya ordusuna məxsus avtomobilin sürücüsü İrəvan küçələrində qaydalara meydan oxudu


Rusiya ordusuna məxsus, üzərində Rusiya Federasiyasının yol-nəqliyyat nişanı olan avtomobil İrəvan küçələrində yol hərəkəti qaydalarına məhəl qoymayıb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrin erməni seqmentində yayılıb.

Videoya şərh yazan erməni istifadəçilər hiddətlənərək həmin avtomobili idarə edən şəxsin tapılaraq cəzalandırılmasını tələb ediblər.

Bəzi ermənilər isə sürücünü hədələyərək, onu linç edəcəklərini bəyan ediblər.