ABŞ Sakit okeanda "B-1B Lancer" strateji bombardmançılarını yerləşdirib
ABŞ Hərbi Hava Qüvvələri "B-1B Lancer" strateji bombardmançı təyyarələrini Sakit okeanda Quam adasında yerləşən aviabazasına yerləşdirib.
Bu barədə mənbələrə istinadən "Donga" nəşri məlumat yayıb.
Qeyd edilir ki, təyyarələr Şimali Koreyanın yaxında gözlənilən nüvə sınaqlarından öncə Vaşinqtonun mövqeyini gücləndirməlidir.
"Görünür, bu, Şimali Koreyanın nüvə təxribatı həyata keçirməyə cəhd edəcəyi təqdirdə bu təyyarələrin dərhal Koreya yarımadasına yerləşdiriləcəyi ilə bağlı xəbərdarlıqdır", - deyə nəşr əlavə edir.