Dünya

ABŞ-da kilsənin qarşısında atışma olub

ABŞ-da kilsənin qarşısında atışma olub ABŞ-ın Ayova ştatında kilsənin qarşısında baş verən atışmada iki nəfər həlak olub, atəş açan şəxs də ölüb.
Bu barədə "ABC" televiziya kanalı bildirib.
Məlumata əsasən, hadisə yerli vaxtla saat 18:51-də Eyms şəhərindəki kilsənin dayanacağında baş verib. İlkin məlumata görə, başqa heç kim xəsarət almayıb.
Atışmanın səbəbi hələlik məlum deyil.