Dünya

Hindistanda kimya zavodunda partlayış baş verib

Hindistanda kimya zavodunda partlayış baş veribHindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda partlayış baş verib.
Hadisə nəticəsində azı altı nəfər həlak olub.
Bundan başqa, xəsarət alanların da olduğu deyilir.
Qeyd olunur ki, partlayışdan sonra zavod ərazisində yanğın başlayıb. Hazırda yanğının böyük hissəsinin qarşısının alındığı deyilir.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.