Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb.
korrupsiya.com “CNN”ə istinadən xəbər verir ki, Mardindən Siirtdə mitinqə gedən polis məmurunun avtomobilinin altına gizli şəkildə uzaqdan idarə olunan partlayıcı qurğu qoyulub.
İki polis əməkdaşı avtomobilin altındakı partlayıcıları tez görə bilib.
Polis şübhəlilərin tutulması üçün əməliyyata başlayıb.