Dünya

ABŞ-da hərbi obyektə girmək istəyən bıçaqlı şəxs güllələndi

ABŞ-da hərbi obyektə girmək istəyən bıçaqlı şəxs güllələndi ABŞ-da naməlum şəxs San Dieqoda (Kaliforniya ştatı) ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçularının təlim mərkəzinin ərazisinə bıçaqla girmək istəyərkən güllələnib.

Bu barədə hərbi obyektin nümayəndəsinə istinadən məlumat yayılıb.

Bildirilir ki, naməlum şəxs avtomobili ilə Dəniz Piyadaları Korpusunun yeni əsgərlərinin təlim keçdiyi hərbi keçid məntəqəsinə yaxınlaşıb. Mühafizəçilər ona dayanmağı əmr edib, lakin sürücü əlində bıçaqla maşından düşüb və onların istiqamətinə yönəlib.

Bir neçə xəbərdarlıqdan sonra mühafizəçilər atəş açmağa məcbur olublar. Naməlum şəxs yerindəcə ölüb.

Hadisəni ABŞ Hərbi Dəniz Qüvvələrinin İstintaq Departamenti araşdırır.