Çin Yerin məsafədən zondlama peykini orbitə buraxmağı planlaşdırır
Çin bu gün Yerin məsafədən zondlanması üçün "Jilin-1 Gaofeng-02F" mini peykini orbitə buraxmağı hazırlaşır.
Bu barədə ABŞ-ın xüsusi Spaceflight Now saytı xəbər verib.
Buraxılışın Pekin vaxtı ilə saat 04:20-də dörd pilləli “Kuaizhou-1A” daşıyıcı raketinin vasitəsi ilə həyata keçiriləcəyi gözlənilir.
Peyk ətraf mühitin vəziyyətinə nəzarət edəcək və təbii ehtiyatların kəşfiyyatı aparacaq.