Belarusun xarici ölkələrində yerləşən səfirliklərində xüsusi əməliyyat keçirilib
Vyana polisi Belarusun Avstriyada yerləşən səfirliyinin binasında partlayış təhlükəsi ilə əlaqədar xüsusi əməliyyat keçirib.
Xəbəri Avstriyanın hüquq-mühafizə orqanları da təsdiq edib.
Polis qeyd edib ki, əməliyyat günorta saatlarından etibarən davam edib.
Əməliyyat diplomatik nümayəndəliyin binasında partlayış təhlükəsi ilə əlaqədar daxil olan məlumat əsasında aparılıb.
Əməliyyat vaxtı qonşu binaların sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb.
Lakin hüquq-mühafizə orqanları partlayış təhlükəsi ilə əlaqədar daxil olan məlumatın haradan gəldiyini deməyiblər.
Xatırladaq ki, bu gün Belarus Respublikasının Qırğız Respublikasındakı səfirliyinin binası da təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.
Mənbə: “Kronen Zeitung” qəzeti