AĞSTAFA RAYON TƏHSiL ŞÖBƏSiNİN MÜDİRINİN KATIBƏSİ SƏLƏMÇİ İMİŞ? ŞOK SƏS YAZISI
Təhsil sektorunun sələmçi əməkdaşından şikayət
“Deryaz.az” saytının sadiq oxucuları, eləcə də Ağstafa rayon təhsil ictimaiyyəti yaxşı xatırlayarlar ki, bir ara Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Mədət Zeynalovun korruptiv siyasətini tənqid edirdik və bu yarıtmaz siyasətə ortaq etdiyi işçilərindən Afaq Mustafayeva və əri Bayram Bayramov cütlüyünü də qınamışdıq.
Bundan sonra fakt qarşısında qalaraq özü ortaya çıxmayan Mədət Zeynalov, cütlüyü qabağa verərək üstümüzə yeritdi və bir ara Afaq Mustafayeva tərəfindən Dövlət Təhlükəsizlik Xiudməti adından təhdid olunduq. Telefonda özünü Dövlət Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edən Afaq Mustafayevanın yalanının üstü açılıb. Redaksiya olaraq bununla əlaqədar yaxın günlərdə məhkəməyə müraciət etmək qərarına gəlmişik.
Nə isə, bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Afaq Mustafayevanı var-dövlətə sahib edən başqa müstəsna qabiliyyətləri də varmış. Zira o, təhsil idarəsində operator, yaxud, katibə işləməklə o qədər pulu qazana bilməzdi. Nə özü, nə də Qaçaq Kərəm adına orta məktəbdə təsərrüfat müdiri işləyən əri Bayram Bayramov maaşlarını neçə ay üst-üstə yığsalar belə sürdükləri 20 min dollarlıq 77-FB- 970 nömrəli, “Hunday Santafe” markalı avtomobili, bir evləri ola-ola, digərini də Ağstafa şəhərinin mərkəzində halal pulla ala bilməzdilər.
Yeni evdə yeni avtomobil. Xeyirli olsun
Deyilənə görə acığınıza birini də təzəlikcə Bakıdan alıblarr. Ağlınıza başqa şey gəlməsin, Afaq Mustafayevanın sələmçiliklə məşğul olmasına dair əsaslı şübhələr müəyyən olunub. Belə ki, redaksiyamıza zəng vuran Eyyubova Siranuş Cəbrayıl qızı deyir ki, özü Böyük Vətən müharibəsi əlilinin qızıdır. Ailəsi Qarabağ savaşında iki şəhid verib. Onun sözlərinə görə, Afaq Mustafayeva Qazax bazarında şirniyyat satan anası Fazilə xanım ilə birgə sələmçiliklə məşğuldur, faizlə borc verir. Afaqın anası Fazilədən qızıl girovu qarşılığında 800 (səkkiz yüz) manat borc pul götürüb. Fazilə xanım deyib ki, pul Afaqındır. Sonrakı iki il yarım müddət ərzində hər ay 10 faiz olmaqla, aylıq 80 (səksən) manat pul ödəyib. Sonra ödənişində çətinlik yaranıb.
Bunu görən Fazilə xanım Siranuşdan borcun əsas məbləğini geri istəyib, deyib ki, qızı ev almaq istəyir. Siranuş xanım borcu birdəfəyə deyil, hissə-hissə qaytara biləcəyini deyib. Çünki həmin ərəfədə şəhid xəbərini eşidən həyat yoldaşı infarkt keçiribmiş, xəstəxanaya düşübmüş. Sonra hər ay əsas borcdan 100 (bir yüz) manat qaytarmağa başlayıb. Axırıncı yüz manatı verəndə qızılını geri istəyib. Bu vaxt Fazilə ona qızılı yaddan çıxarıb evdə qoyduğunu deyib. Halbuki, təkcə brilyant qaşlı saatın qiyməti 3500 (üç min beş yüz) manat edirmiş. Aralarında mübahisə yaranıb, Fazilə və həyat yoldaşı onu küçə söyüşləri ilə təhqir etməyə, gah Afaqın qardaşı ilə, gah da qaynı ilə hədələməyə başlayıblar, atın quyruğuna bağlayıb sürütdürəcəklərini deyiblər. Ən nəhayət, qızılı girov götürdüklərini danıblar. Bundan sonra Siranuş xanım onları polisə şikayət edəcəyini deyib. Cavabında polisi saymadıqlarını (yumşaq ifadədir) bildiriblər. Görünən odur ki, polis də Afaq Mustafayevanın və yaxın qohumlarının əlində girinc qalıb. Çünki Siranuş Eyyubovanın zinət əşyaları geri qaytarılmayıb.
Kim zəmanət verə bilər ki, Afaq Mustafayevanın anası vasitəsilə sələmə verdiyi pullar Regional Təhsil İdarəsi tərəfindən dəfələrlə töhmət verilən müdiri Mədəd Zeynalovun pulları deyil?!
Siranuş xanım redaksiyamız vasitəsilə hüquq — mühafizə orqanlarına müraciət edərək qızıllarının geri qaytarılması üçün aidiyyatı qurumlardan imdad diləyir.
P.S. Bayram Bayramovun 2011-ci ildə avtoqəzada dünyasını dəyişən mərhum qardaşı Nəsib Bayramovun seyfində olan qızıllarının və pulların aqibəti necə oldu? — Növbəti məqaləmizdə…
Mövzuya qayıdacağıq.