Şou-biznes

"Meydanı boş qoymaram" - Afaq Gəncəlidən iddialı sözlər

"Meydanı boş qoymaram" - Afaq Gəncəlidən iddialı sözlər"Meydanı boş qoymaram. Mənim səhər efirimdə danışacaqlarım elə maqazin olacaq. Çox maraqlı layihədir".
Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, telekanallarda maqazin verilişlərinin olmamasından danışıb. A.Gəncəli "Bəs, maqazin verilişiniz olacaq" sualına belə cavab verib:

"Hələ heç nə məlum deyil. İnşallah... Bəli, bu gün telekanallarımızda maqazin verilişi heç yoxdur. Bilmirəm niyə... Bəlkə fikirləşirlər ki, daha yaxşı edə bilmərik. Amma bunun günahı müğənnilərdə deyil. Çünki müğənnilər indiyənə kimi hər şey danışıblar. Onlara sual verəndə də hər şeyi danışırlar. Düşünürəm ki, yaxşı komanda tapmırlar, ona görə də risk etmirlər. Baxılan, istənilən, partlayan maqazin verilişi ortaya çıxara biləcəklərinə güvənmirlər".

Afaq nə vaxt efirə çıxacağı haqda suala isə "Hazırlıqlar gedir. Möhtəşəm bir şey olacaq. Ağlınıza gətirə bilməyəcəyiniz qədər maraqlı efir gəlir" reaksiyasını verib.

Qeyd edək ki, Afaq Gəncəli "Xəzər" telekanalında çalışmağa başlayıb. O, həmkarı Tural Əsədovla birlikdə "Səhər mərkəzi" verilişini aparacaq.

Oxşar xəbərlər