Bölgə

Zərdabda məmur özbaşınalığı PİK HƏDDƏ - Qoşaoba sakinlərinin narazılığı nədir?

Zərdabda məmur özbaşınalığı PİK HƏDDƏ - Qoşaoba sakinlərinin narazılığı nədir?


Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bəzi məmurlar hələ də vəzifə səlahiyyətlərindən istifadə etməyə davam edir.

Belə bir sui-istifadə halı barədə Busaat.az-ın redaksiyasına Zərdab Rayonu Qoşaoba kənd sakinləri tərəfindən şikayətlə müraciət daxil olub.
Kənd sakinləri müraciətdə Zərdab Rayon İcra Hakimiyyətinin Birinci Müavini Rəhman Feyzullayev, onun qardaşı oğlu Tapdıq Feyzullayev və ayrı-ayrı vaxtlarda Qoşaoba Kənd Bələdiyyəsinin sədri vəzifəsində çalışmış şəxslər barədə şikayətini dilə gətirib.

Belə ki, kənd sakinlərinin iddiasına görə, adı çəkilən şəxslər və bələdiyyə sədrləri birlikdə bələdiyyəyə aid örüş torpaqlarını saxta sənədlərlə özəlləşdirib və dövlət əmlakını məqsədli şəkildə istismar edib.

Bələdiyyə torpaqlarının qanunsuz şəkildə istifadə edilməsi və icarəyə verilməsi ilə qazanılan böyük məbləğdə pul vəsaiti isə, mənimsənilib.
İndi kənd sakinləri həmin mənimsənilmiş məbləğin bələdiyyə hesabına qaytarılmasını, məbləğin isə, kəndin ehtiyacları üçün istifadə edilməsini tələb edir.
Qoşaoba kənd sakinlərinin redaksiyamıza ünvanladığı şikayət məktubunun mətnini olduğu kimi təqdim edirik:
“Zərdab Bələdiyyəsinə aid olan əkin və örüş torpaqları Qoşaoba kəndi ərazisindədir. Mal-qara üçün ayrılmış örüş torpaqları müxtəlif vaxtlarda bələdiyyə sədri işləmiş şəxslər və uzun müddətdir ki kənd icra nümayəndəsi işləyən icra başçısının birinci müavini Feyzullayev Rəhmanın qardaşı oğlu Feyzullayev Tapdıq tərəfindən qeyri-qanuni yollarla, dolayısı ilə saxta sənədlərlə guya özəlləşdirilib. Arayışdan belə görünür ki, 600 ha örüş torpağı boşdur, istifadə edilmir. Camaat o torpağdan 1 ha belə istifadə edə bilmir. Boş torpaq yoxdur. Wikipediyada Qoşaoba kəndinin əhalisi 2492 nəfər göstərilməyinə baxmayaraq, arayışda əhali sayı 1800 nəfər göstərilib.

Göstərilən 720 ha örüş torpağı vəzifəli şəxslər ətrəfindən öz aralarında bölüşdürülüb istifadə edilir. Hətta öz şəxsi mülkləri kimi başqalarına “icarəyə” verib pulunu mənimsəyirlər. Bu səbəbdən bələdiyyənin hesabına 1 manat da ödənilmir. Torpağın çox hissəsi, 500 ha hazırda icra başçısının birinci müavini işləyən Rəhman Feyzullayevin ixtiyarındadır. Sürət Hüseynovun komandası ilə vəzifəyə gələn R.Feyzullayev 30 ildir müavin, birinci müavin vəzifəsindədir. Beşinci kolonun rayon üzrə rəhbəri olan R.Feyzullayevin 68 yaşı olmasına baxmayaraq, vəzifədən kənarlaşdırılmır.
Çünki o vəzifədən getsə çox işlərin, saxtakarlıqların üstü açılacaq. R.Feyzullayevin torpaqdan qazancı 1 milyona yaxındır ki, bu məbləğ bələdiyyənin hesabına ödənilməli idi.

720 ha x 60,0 manat = 43,200 man.
43.200 manat x 25 il = 1.080.000 man.
Saxta arayışlardan birini sizə göndəririk:

Zərdabda məmur özbaşınalığı PİK HƏDDƏ - Qoşaoba sakinlərinin narazılığı nədir?

Göründüyü kimi arayış qeydiyyat kitabından keçməyib, tarix yoxdur, nömrə yoxdur. Harada görünüb ki, iki idarə (dövlət və qeyri-dövlət) eyni arayışa imza atıb möhürlə təsdiq etsin?
Xahiş edirik, bələdiyyəyə aid olan torpaq və örüş sahələrinin kimlər tərəfindən istifadə olunduğu yoxlanılsın, mənimsənilmiş pullar bələdiyyə hesabına ödənilsin ki, bərbad olan yollarımız düzəlsin”.

Busaat.az