Araşdırma

49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!

49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!

Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən 49 saylı orta məktəbin rəhbərliyindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu gəlib. Şikayətçilər iddia edirlər ki, baxımsız halda olan məktəbin rəhbərliyi tərəfindən şəhid ailələrinə hörmət qoyulmur:
"Yazaraq bildiririk ki, 49 saylı orta məktəbi milliyyəti bilinməyən insanlar idarə edir. Belə qənaətə gəlməyimizə səbəb məktəbin sanitar qovşağında məktəbə aid olan əşyalardır.

Qeyd edək ki, bu, şəhidin adına olan bir məktəbdir. Çox təəssüflə bildiririk ki, Azərbaycanın tanınmış ictimai xadimlərinin və şəhidlərinin fotoları sanitar qovşaqda saxlanılır. Belə biabırçılıq heç yerdə yoxdur. Biz belə başa düşürük ki, bu məktəbdə ümumiyyətlə Azərbaycanı və onun tarixini sevən bir müəllim belə, yoxdur. Bu halda, həmin idarəyə necə təhsil ocağı demək olar?!

Məktəbdə başqa qanunsuzluqlar da baş alıb gedir. Amma, əlbəttə, ən vacibi yuxarıda qeyd etdiyimizdir. Məktəbdə həmçinin texniki işçilərdən hər ay pul toplanılır. Bu pulların hansı səbəblə yığıldığı isə heç kəsə məlum deyil.
Yaxın zamanda məktəblə bağlı başqa qanunsuzluqları da sizlərə təqdim edəcəyik.
“Təhsil millətin gələcəyidir!” deyirik. Keşkə bütün təhsil sahəsində olan müəllim və müəllimələr bundan agah olardı. İndiki zəmanədə uşaq evdə "müəllim" deyəndə ancaq ağla gəlir ki, görəsən, nə qədər pul yığırlar?"
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!
49 saylı məktəbdə Şəhidlərin fotoları sanitar qovşaqda saxlanılır... - BU NƏDİ BELƏ?!