Araşdırma

Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa , mədən müdiri və onunla oğurluqda əlbir olanlar niyə cinayət məsuliyyətinə cəlb olunmur.?????

Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa , mədən müdiri və onunla oğurluqda əlbir olanlar niyə cinayət məsuliyyətinə cəlb olunmur.?????


Neftçilərin Hüquqlarını Qoruyan İB-nin sədri Mirvari Qəhrəmanlı Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası, müharibə veteranı Canalıyev Rasimin şikayətini icttaimailəşdirib. Mirvari xanım şikayəti içtimailəşdirərərk yazır:
Yenə bir çox Əməliyyat Şirkətlərinin fəaliyyətində "podratçı" qurum olan İlkin MMC, Hacı Qurban? ???
Şirvan OYL LTD şirkətinin 3 saylı mədənində çalışan neft hasilatı ustası ,müharibə veteranı Canalıyev Rasim yazır:
-06 iyul 2023 cü il təxminən saat 18 radələrində ,mənim gündüz növbəsində olduğum zaman mədən müdirinin göstərişi ilə İLKİN MMC-nin daşınma maşınları ilə 52 ədəd 2,5 həcmində borular mədən ərazisindən naməlum istiqamətə aparılmışdır. Onu da qeyd edim ki, daşınma briqadasının işçiləri həmin vaxt boruların yüklənməsində iştirak etməyiblər. Mən bu barədə şirkətin rəhbərliyinə yazılı məlumat vermişəm və təlləb etmişəmki ,əgər əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa ,bu halda mədən müdiri və onunla oğurluqda əlbir olanlar da işdən azad olunmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdırlar! .
Araşdırılma aparılmış ancaq idarənin məsul işçiləri nədənsə boruların oğurlanmasına biganə yanaşırlar. Niyə? Əlavə olaraq bildirirəm ki, hər hansı yolla məni şantaj edirlər, şər, böhtan atırlar,polis şöbəsinə məndən şikayət edirlər. Şər,böhtan İlkin MMC-nin rəhbəri Hacı Qurbanın (???!!) , yaxud onun nəqliyyat rəisi Hüseynin əli ilə atılır.Hamısından da alnı açıq ,üzü ağ çıxmışam.Özüm müharibə veteranı, həyat yoldaşım isə 1-ci qrup gözdən ömürlük əlildir. Mən daha bunların şər böhtanına dözə bilmirəm.

Əlində 2 litr yanacaq tutulan fəhlə işdən azad olunursa , mədən müdiri və onunla oğurluqda əlbir olanlar niyə cinayət məsuliyyətinə cəlb olunmur.?????


Sizdən artıq dərəcədə xahiş edirəm yazdıqlarımı nəzərə alıb mənə öz köməkliyinizi göstərəsiniz. Boruların oğurlanmasında əli olan sex rəisi Vüsal Qurbanov, baş usta İlham Babayev haqda cinayət işi açılması üçün , problemin işıqlandırılmasında mənə öz köməkliyinizi göstərəsiniz.
Qeyd , Şirvan OYL Əməliyyat Şirkəti 3 fevral 2009-cu ildə imzalanmış, 22 may 2009-cu ildə Parlament tərəfindən təsdiqlənmiş hasilatın pay bölgüsü sazişi əsasında “Kürovdağ” yatağının istismarı ilə məşğuldur. Azərbaycanda quruda neft hasilatı ilə məşğul olan ən böyük xarici şirkət olan Global Energy Azerbaijan Groupun (“GEA”) operatoru olduğu 5 Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) iştirakçısıdır . Rəhbəri Aleksandr Alekseeviç Anoxindir.
Mirvari Gahramanli