Araşdırma

“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? - BU NƏDİ BELƏ?

“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? - BU NƏDİ BELƏ?


“Yeni Klinika”nın daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Coşqun Məmmədov adıçəkilən tibb müəssisəsinin rəhbəri Barat Yusifovdan şiakyətçidir.

O, Reportyor.info-ya açıqlamasında bildirib ki, Barat Yusifov ondan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilin qapısını açmasını tələb edib.
Coşqun Məmmədov isə işinin qapı açmaq olmadığını deyıb. Lakin klinikanın rəhbəri israr edib. Coşqun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb. “Çünki mənim üçün qürurum və mənliyim hər şeydən öndə gəlir”, – deyə Coşqun Məmmədov bildirib.

Onun sözlərinə görə, 1995-2022 ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edib. “2022 ci ilin fevral ayında xəstəliyim ilə əlaqədar polkovnik leytenant rütbəsi ilə ehtiyata buraxılmışam.

Vətən müharibəsi zamanı Fizuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişəm. 26 oktyabr 2020-ci il tarixdə Xocəvənd rayonunda yaralanmışam”.

Coşqun Məmmədov “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Hərbi xidmət dövründə isə “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi” , “Silahlı qüvvələrin 95 illiyi”, “Silahlı qüvvələrin 100 illiyi”, “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medalları ilə təltif edilib. O, Silahlı Qüvvələr veteranıdır.

Coşqun Məmmədovun iddiaları ilə bağlı “Yeni Klinika” ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı.