Hadisə

Bu xəstəxanaya yeni direktor təyin edildi

Bu xəstəxanaya yeni direktor təyin edildi


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Xəstəxananın direktoru vəzifəsi Azər İsmayılova həvalə edilib.

Bu gün yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində Vüqar Qurbanov Abşeron Rayon Mərkəzi Xəstəxanasında keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində müvafiq göstərişlərini və tapşırıqlarını verib.

Qeyd edək ki, Azər İsmayılov 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 2017-2021-ci illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib.