Araşdırma

'Panoramic Guba'da SƏHƏR YEMƏYİ ƏZABI - "Əsəblərinizə heyfiniz gəlsin..."

'Panoramic Guba'da SƏHƏR YEMƏYİ ƏZABI - "Əsəblərinizə heyfiniz gəlsin..."

"Mənzərəyə baxaraq aldanıb getdiyimiz növbəti məkan... Qubada yerləşən "Panoramic Guba" restoranı ilə 15 gün öncə 50 nəfərlik məktəb kollektivimizdən ibarət yer, menyu, vaxt və saat danışıldı..." DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Mədinə Məmmədli adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra bildirib: "Hətta ora gedildi, dəqiqləşdirildi..

Dünən qarşılaşdığımız mənzərə bizi dəhşətə gətirdi.

Bizim kollektivimizi əvvəlcə dar-düdük bir "besetka"ya 40 nəfəri yerləşdirməyə çalışan , ayaqüstə yer axtarmağa məcbur qoyan həmin məkan saat 9-da bizə səhər yeməyini hazır etməli idi, ancaq saat 11:30-a qədər bizi ac saxladı. Əvvəlcə "pesok", yarım saatdan sonra yağ-pendir, yarım saatdan sonra çiy yumurta (mağaza yumurtası), yarım saat sonra çörək... yarım saat sonra isə buz kimi çay gətirdilər.

Digər "besetka"ya isə çay getmədi.

Bu nə xidmət idi, bu nə idi hələ də anlamadıq. Biz oturmağa yer tapdıqdan sonra başqa 40 nəfərlik kollektiv gəldi, qaldı ayaqüstə. Həftələr öncə yer danış, hər gün əlaqə saxla... axırda da ortada heç bir hazırlıq görmə. Hamısı əsəbiləşib getdilər...

İŞLƏDƏ BİLMİRSİNİZ, İŞLƏTMƏYİN! HEÇ KİMƏ MƏSLƏHƏT GÖRMÜRƏM, PULUNUZA VƏ ƏSƏBLƏRİNİZƏ HEYFİNİZ GƏLSİN!!!"

İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
'Panoramic Guba'da SƏHƏR YEMƏYİ ƏZABI - "Əsəblərinizə heyfiniz gəlsin..."
'Panoramic Guba'da SƏHƏR YEMƏYİ ƏZABI - "Əsəblərinizə heyfiniz gəlsin..."