Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO
Vətən müharibəsi iştirakçısı Azər Həsən oğlu Bayramov vəfat edib.
Axın.az xəbər verir ki, o, qan xərçəngindən əziyyət çəkirmiş.
Azər Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə Füzulinin, Cəbrayılın, Şuşanın azad olunması və Vətən uğrunda medalı ilə təltif olunub.
Əslən Lerik rayonunun Siyov kəndindən olan Bayramov rayonda polis leytenantı vəzivəsində işləyirmiş.
Qeyd edək ki, Azər Bayramovun atası da 1 ay bundan öncə vəfat edib.
Allah rəhmət eləsin!
Axın.az