Bakıda dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: vəziyyəti ağır olanlar var (YENİLƏNDİ)
Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.
xxx
10:32
Məlumata görə, “28 May” metrostansiyası yaxınlığında yerləşən dönərxanalardan birində dönər yeyən 8 nəfər zəhərlənmə diaqnozu ilə Mərkəzə gətirilib.
Zəhərlənən şəxslərdən biri qadın, yeddisi kişidir. Onlardan birinin 16 yaşı var. Vəziyyətləri ağır, orta ağırdır.
xxx
10:14
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.
O qeyd edib ki, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib.