Video

Hatayda bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə zəlzələlər - CANLI

Hatayda bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə zəlzələlər - CANLI


Hatayda bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə zəlzələlər

Axın.az Haber Global-a istinadən xəbər verir ki, AFAD Hatayda bir-birinin ardınca 6,4 və 5,8 bal gücündə iki şiddətli zəlzələnin baş verdiyini açıqlayıb. Ətraf əyalətlərdə də hiss edilən zəlzələlər şəhərdə yeni xarabalıqlara səbəb olub.

Sonuncu xəbərə görə, Hatayda bir-birinin ardınca 3 dəqiqə ara ilə 2 böyük zəlzələ baş verib.



İlk zəlzələ saat 20:04-də 6,4 bal gücündə baş verib.

Defne mahalında 16,7 kilometr dərinlikdə meydana gələn zəlzələ; Osmaniye, Adana, Konya, Mersin, Qaziantep, Diyarbəkir və Antalyada da hiss olunub.

Əldə edilən məlumata görə, zəlzələ zamanı bəzi binalar dağılıb. Zəlzələdən əziyyət çəkən şəhər sakinləri böyük qorxu yaşayıb.

İkinci zəlzələ saat 20:07-də ​​Samandağ şəhərində 5,8 bal gücündə baş verib.