Şou-biznes

Polad Bülbüloğlu geri çağrılır….Rusiyada səfir kim olacaq?

Polad Bülbüloğlu geri çağrılır….Rusiyada səfir kim olacaq?

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Bakıya geri çağrılacağı gözlənilir.

XALQ.AZ-ın məlumatına görə səhhəti ilə bağlı ciddi narahatçılıq yaşayan səfir Polad Bülbüloğlu müalicə-profilaktik tədbirlərin həyata keçirilməsi üçün həkim nəzarətində olması bildirilir.

Məlumatda qeyd olunur ki, 79 yaşlı diplomat öz missiyasını uğurla icra etdiyi üçün hətta Prezident tərəfindən təltif olunması gözlənilir. Rusiyaya səfir postuna göndəriləcək namizədlər haqqında müzakirə aparıldığı da iddia olunur.

Belə ki, səfir göndəriləcək şəxsin post-sovet ölkələri, Avropa siyasətçiləri ilə münasibətlərin olması və Rusiyada strateji postda çalışmaq məqamları yoxlanılmaqdadır.
Polad Bülbüloğlu geri çağrılır….Rusiyada səfir kim olacaq?

Məlumatda iddia olunur ki, bu strateji posta “YAP”ın namizədi olmayan deputat Elnur Allahverdiyevin adı hallanır.

Əlbəttə ki, ölkə başçsının səlahiyyətində olan bu məsələ nə qədər doğru olduğunu müəyyən etmək mümkün olmadı.