Şou-biznes

Qusarın “tender kralı” Verdixanov kimdir? – Sabiq nazir və deputatın...

Qusarın “tender kralı” Verdixanov kimdir? – Sabiq nazir və deputatın...


Qusar Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub..

DİA.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.

Tender müsabiqəsinin şərtlərinə görə Verdixanov Mübariz Eygün oğlu Qusar Kommunal Müəssisələr Kombinatına təsərrüfat inventarları (Fəhlə paltarı, rezin çəkmə, bel sapı, əlcək və s.) satacaq və qarşılığında 14 min 205 manat 67 qəpik alacaq.
Məlumat üçün bildirək ki, Verdixanov Mübariz Eygün oğlu daha əvvəl fərdi sahibkar kimi Qusar rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqələrində dəfələrlə qalib olub. Verdixanov təkcə ötən ay Qusar rayon Kommunal Müəssisələri Kombinatına 24 min manatlıq elektrik malları (Naqil, lampa, kabel və s.), 7,4 min manatlıq əkin materialları (Eldar şamı, Kipares ağacı, Elandra ağacı, qızılgül və s.) satıb. Eyni zamanda Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.
Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.
22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafov ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan “Safari Bak Upak” MMC-nin (VÖEN- 4700270251) qanuni təmsilçisidir.
Qeyd edək ki, Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə təsis olunan “Pioneer” tam ortaqlıq şirkətinin (VÖEN- 4700023101) də qanuni təmsilçisidir.
Onu da bildirək ki, tender müsabiqəsini keçirən Qusar Kommunal Müəssisələr Kombinatı rayon İcra Hakimiyyətinə tabedir. 15 ildir Qusar Rayon İcra Hakimiyətinin başçısı vəzifəsini icra edən Şair Alxasovun adı da 2020-ci ildə oğlu İlkin Alxasova məxsus 362,6 kv. metr sahəsi olan obyektin istismarına icazə verməsilə gündəmə gəlib.
Qusarın “tender kralı” Verdixanov kimdir? – Sabiq nazir və deputatın...
Qusarın “tender kralı” Verdixanov kimdir? – Sabiq nazir və deputatın...