Zamin Bankın Ləğv Edilmiş Filialının Müdiri Blogerə Hücum Edib, Vətəndaşın Evini Zəbt Etdi: BİLASUVARDA ŞOK OLAY – VİDEO
Biləsuvar rayon sakini Mahmudov Əzizəli Zahirəli oğlu bank fırıldağı ilə üzləşdiyini iddia adir.
Şikayətçi Xəbəral.az – a bildirib ki, ləğv olunmuş “Zamin Bank”ın Biləsuvar filialının müdiri Emin Əliyevin qanunsuz əməllərinə görə ona maddi və mənəvi ziyan dəyib. Onun sözlərinə görə, dövlətin sahibkarlar üçün ayrılan güzəştli kreditdən yararlanaraq, 36 aylıq olmaqla illik 6 faizlə 15 min manat kredit götürüb və vaxtı-vaxtında ödəyib. Bundan sonra daha iki dəfə eyni məbləğdə kredit götürüb.
Şikayətçinin sözlərinə görə, ləğv olunmuş Zamin bankın filialının müdiri Emin Əliyev hər kredit müraciətində ondan qabaqcadan 2 min manat pul alıb.
“Bunun üçün də yetərincə sübutlarım və faktlarım var. Səbəbini soruşanda “yuxarının tapşırığı ilə adı ilə edirəm” deyirdi. Lakin bu əməldən heç kimin xəbəri yox idi. 2015-ci ilin 30 dekabrında atam Mahmudov Zahirəli sərraf oğlu evimizi girov qoyaraq, yenidən 15 min manat pul götürdük. Girov da qoyanda ev sakinlərinin hər biri imza atmalıdır. Lakin heç birimiz imza çəkməmişik. Atam bu pulu götürəndə bankın müdiri 2 min “şapka”dan əlavə 700 manat sığorta üçün saxladı”.
Lakin sonradan bəlli olub ki, heç bir sığorta aparılmayıb:
“Mən ondan sığorta sənədi istəyəndə dedi ki, neynirsən, özüm həll edirəm. Mən də onun sözünə inandım və krediti vaxtlı-vaxtında ödəməyə başladıq. 15 min manat üçün ayda 75 manat ödəyirdik. Yəni 18 ay 75 manat, ondan sonra isə həmin məbləğ bölünəcəkdi aylara… Lakin 2018-ci ilin fevralın 9-da atam qəfildən rəhmə getdi. Pul da atamın adınadır, evimiz isə girovda. Hüzuru yola verəndən, təxminən iki ay sonra həmin müdirin yanına getdim. Münasibətimiz yaxşı olduğundan “xalaoğlu” deyə, müraciət edirdim. Ondan sığortanın sənədlərini tələb edəndə məlum oldu ki, əslində, sığorta olunmayıb. Yəni həmin 700 manatı alıb cibinə qoyub”.
Bundan sonra o, müxtəlif qurumlara şikayət edib: “Mən onun məni aldatmasına görə prokurorluğuna müraciət etdim. Nəticə isə həmin müdirin lehinə oldu. Tək də yox, rayondan 4 nəfərlə müraciət etdik. Həmin adamların da başına eyni oyunu açıb. Məsələ böyüyəndən sonra şikayətçilərin birinin pulunu qaytardı, hətta əlavə 5 min manat da verdi ki bu işin üstünə çox getməsin. Mənimsə problemim həll olunmur. Respublika Prokurorluğuna da teleqram vurmuşam, daha yer qalmayıb ki, müraciət etməyim. Hər yerdən işi ləğv etdirirlər. Mənim də Respublika Prokurorluğundan rəsmi qəbul ərizəm vardı. Deyirlər ki, siz narahat, olmayın işinizi həll edəcəyik həmin adamın işində cinayət əməlləri var. Ancaq sonda Emin Əliyevin xeyrinə qərar verdilər. Əlimdə onun səs yazıları var. Telefon danışıqlarımızda hər şey adın görünür. Kredit verdiyi üçün məndən rüşvət istəməsi və əlavə olaraq sığorta adı ilə 700 manat alması… hamısı o telefon danışıqlarında var. Lakin müstəntiq telefon danışıqlarına sübut kimi baxmır”.
Şikayətçi tələb edir ki, ondan rüşvət kimi alınan 5700 manat pulunu qaytarsınlar və evlərini girovluqdan çıxarsınlar.
Məsələ ilə bağlı açıqlama verən ləğv olan “Zamin Bank”ın Biləsuvar filialının müdiri Emin Əliyevin ittihamları qəbul etməyib. Onun sözlərinə görə, bu şikayətlərin hamısı vətəndaşın krediti ödəmək istəməməyilə bağlıdır: “Onun dedikləri şər-böhtandır. Artıq bunu hamı bilir. Əvvəla biz heç kimi sığorta etmirik. İkinci də sığorta pula yox, əmlaka edilməliydi. Yəni sığorta olsaydı belə, onun atasının vəfat etməsi kredit borcunun bağlanmasına səbəb ola bilməzdi. O bizə şər atır. Buna görə də onu məhkəməyə vermişdik, yerli məhkəmə mənim, Apellyasiya Məhkəməsi isə onun xeyrinə bitib.
Xatırladaq ki, ləğv olan “Zamin Bank”ın Biləsuvar filialının müdiri Emin Əliyev bir neçə gün öncə video bloger Ramalı öz iş otağında döyməyi ilə yadda qalıb. Hal-Hazırda iş polisdə araşdırılır.
Sözügedən videonu sizlərə təqdim edirik!